"Kızılcık şerbeti"ndə QALMQAL - Aktyorun bu hərəkəti müzakirələrə səbəb oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Son zamanlar ard-arda aktyor itkisi ilə gündəmə gələn "Kızılcık Şerbeti" serialında daha bir gərginlik yaşandığı bildirilir.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, serialda "Fatih" obrazını canlandıran Doğukan Güngör yeni mövsüm üçün hazırlanmış aktyor siyahısında öz adının yeni gələn aktyordan sonra qeyd edilməsinə narazılıq göstərib.
İddialara görə, Doğukan Güngör bu vəziyyətə etiraz olaraq layihənin rəsmi sosial media hesablarını izləmədən çıxarıb.
Aktyorun yaxın çevrəsinə "Bu məsələ qaydasına düşməyincə səhifəni izləməyəcəyəm" dediyi irəli sürülür.
Oxşar xəbərlər
Xalq artistinin oğlu Çində Ali təhsil alır
Xalq artisti Miri Yusifin oğlu Çində maliyyə üzrə təhsil alır. BAKU.WS xəbər verir ki, bu barədə sənətçi "Qonaqcanlı" verilişində bildirib. O böyük oğlu Mircahi...