Kərim Abbasov: "Haqqımda danışsa, həmin Xalq artistinin videolarını yayacağam"
"Mənə dəyməyin. Dəyəni həmin saniyə... İstər Xalq, istər Əməkdar artist olsun. Bu yaxınlarda bir Xalq artisti cızığını aşmışdı. Bir ay dözdüm. İkinci ay elə vurdum ki... Elə adamlara zəng etdirdi ki, Kərim onu çıxartsın. Cavab verdim ki, kim zəng vursa da çıxartmayacağam".
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Günə uğurla" verilişində deyib. Sənətçi ad çəkmədən bir Xalq artistinin ünvanına sərt sözlər deyib:
"Hörmət etdiyim biri idi, amma cılız adam oldu mənim üçün. Adını çəkməyəcəyəm. Bir də çaşıb adımı tutarsan, hansısa müsahibəndə adımı çəksən biabırçı ifalarını yayacağam. Konsertindən, toydan olan videolarını çıxardacağam. İnstaqramda, verilişimdə müzakirəyə çıxardacağam. Sənətkar deyirlər, o sənətkarlığın harada tib-batacaq bilinməyəcək. İşinlə məşğul ol".
Qeyd edək ki, K.Abbasov bu yaxınlarda Xalq artisti Samir Cəfərovun videosunu yayaraq onun yanlış oxuduğunu tənqid etmişdi. İfaçılar arasında qalmaqal yaşanmışdı.
Oxşar xəbərlər
İbrahim Tatlısesin qızı: "Kaş Acun Ilıcalı əmim olardı"
Müğənni Dilan Çıtak Tatlıses "Survivor 2026"nı tərk edib. BAKU.WS xəbər verir ki, o son çıxışı ilə müzakirələrə səbəbb olub. Belə ki, Dilan Acun Ilıcalını ata...