"Kədərimə boyun əydim" - Oğlunu itirən Nazpəri Dostəliyeva
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Nazpəri Dostəliyeva həyatını itirmiş oğlu Əli ilə bağlı "İnstagram" hesabında paylaşım edib.
BAKU.WS xəbər verir ki, müğənni hər kəsin Ramazan bayramını təbrik edib və bunları yazıb:
"Sənə sığındıq, sənə inandıq ya Rəbbim. Xeyirlərinə şükür etdik, şərdə sənə sığındıq, ey böyük yaradan. Kədərimə boyun əydim, səndən gələni qəbul etdim. Oğul itirən anaları bu dərd quyusundan çıxart, ya Rəbbim. Bizə səbr ver. Ramazan bayramınızı təbrik edirəm, əziz xalqımız. Mənə dəstək olan, üzülən əzizlərim, Allah sizi mənə çox görməsin".
Məlumat üçün bildirək ki, Xalq artistinin oğlu 41 yaşında infarktdan dünyasını dəyişib.
Oxşar xəbərlər
Nazpəri Dostəliyeva oğlu ilə bağlı paylaşım etdi - FOTO
Xalq artisti Nazpəri Dostəliyeva həyatını itirmiş oğlu Əli ilə bağlı "İnstagram" hesabında paylaşım edib. BAKU.WS xəbər verir ki, müğənni oğlunun ölümündən çox...