Kadir İnanırın xatirəsi İstanbul küçələrində yaşayacaq
İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) təqdirəlayiq addım atıb.
BAKU.WS xəbər verir ki, o quruma bağlı olan "İstanbul Elektrik Tramvay və Tunel Əməliyyatları Baş İdarəsi" ötən həftə dünyasını dəyişən əfsanəvi kino aktyoru Kadir İnanırın xatirsəinə dizayn edilmiş avtobusu istifadəyə verib.
Aktyorun ikonik şəkilləri, filmlərindən unudulmaz kadrlar və geniş ictimaiyyətin yaddaşında dərin iz buraxan sitatları ilə bəzədilən avtobus, onun sənət yoluna bir növ vəfa borcunu ifadə edir.
Xüsusi tərtib olunmuş bu nəqliyyat vasitəsi artıq İstanbulun '57UL Beşiktaş-Kuruçeşme" xəttində sərnişinlərə xidmət göstərməyə başlayıb.
İstanbullular, Kadir İnanırın xatirəsini şəhərin küçələrində hərəkət edən bu avtobusla bir daha yad edəcəklər.
"Kadir İnanırın sənət dünyasına qoyduğu iz, İstanbulun nəqliyyat sistemində yaşamağa davam edəcək" - deyə İstanbul Elektrik Tramvay və Tunel Əməliyyatları Baş İdarəsinin məlumatında qeyd edilib.
Oxşar xəbərlər
Bu məşhur aktyor "A.B.İ" ilə ekranlara qayıdır
Aktyor Kenan İmirzalıoğlunun yeni serialının heyətinə tanınmış aktyor qatılıb. BAKU.WS xəbər verir ki, baş rollarını Kenan İmirzalıoğlu, Diren Polatoğulları və...