Castin Timberleyk ilk dəfə Azərbaycanda çıxış edəcək
Castin Timberleyk ilk dəfə Azərbaycana gələcək.
BAKU.WS xəbər verir ki, sənətçi "The Forget Tomorrow" adlı dünya turu çərçivəsində paytaxtın qonağı olacaq.
O, Bakı Olimpiya Stadionunda sevənləri üçün hit olan mahnılarını ifa edəcək. Konsert iyulun 27-də baş tutacaq.
Xatırladaq ki, Castin Timberleyk dünyaca məşhur müğənnidir və o aktyorluq, prodüserlik və biznes sahəsində də uğurları ilə tanınır.
O 90-cı illərin sonlarında NSYNC qrupunun üzvü kimi dünya şöhrəti qazanıb. Bu günə qədər 10 "Grammy", 4 "Emmy" və 1 "Oskar"a layiq görülüb.
2005-ci ildə "People" jurnalı tərəfindən "Dünyanın ən yaraşıqlı kişisi" adına layiq görülüb.
Oxşar xəbərlər
"L7" qrupunun üzvü Cennifer Finç vəfat edib
Amerikanın məşhur rok qrupu "L7"nin vokalçısı və bas gitara ifaçısı Cennifer Finç 59 yaşında dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, sənətçi uzun müddət beyi...