Jurnalist Tahirə Məmmədqızı xəstəxanaya yerləşdirilib - FOTO

Jurnalist Tahirə Məmmədqızı xəstəxanaya yerləşdirilib - FOTO
Foto
Şou-biznes 4032

Aparıcı-jurnalist Tahirə Məmmədqızının səhhətində yenidən problemlər yaranıb.

BAKU.WS xəbər verir ki, qəfildən səhhəti pisləşən aparıcı təcili olaraq xəstəxanaya yerləşdirilib.

Bu haqda Tahirə sosial şəbəkədə məlumat verib. Milli Onkologiya Mərkəzinə yerləşdirilən Məmmədqızı “Instagram” hesabında xəstəxanadan fotolarını yayımlayaraq əməliyyat olunacağını bildirib.

Xatırladaq ki, Tahirə Məmmədqızı 2019-cu ildə xərçəngə tutulub. Bədənində 7 şiş aşkarlanan aparıcı ağır əməliyyat keçirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər