İzzət Bağırov: "İbrahim Tatlısəs kimi oxuya bilmərik, onun ayaqqabılarını da geyinə bilmərik"

İzzət Bağırov: İbrahim Tatlısəs kimi oxuya bilmərik, onun ayaqqabılarını da geyinə bilmərik
Video
Şou-biznes 148

"İbrahim Tatlısesin qazancı başqadır, bizim qazancımız başqa... Birincisi, onun kimi ikinci bir insan bundan sonra dünyaya gəlməyəcək. İkincisi, İbrahim Tatlıses şərqin ən böyük sənətçilərindən biridir. Üçüncüsü isə, İbrahim Tatlıses milyonçu müğənnilər arasında ən varlı sənətçilərdən biridir".

BAKU.WS xəbər verir ki, bu sözləri "Qonaqcanlı" verilişinə qatılan müğənni İzzət Bağırov deyib.

O aparıcı Aytəkin Mərdanovanın "Nə vaxtsa istəmisiniz İbrahim Tatlıses kimi restoranlarınız olsun" sualına "İbrahim Tatlısesin qazancı ilə bizim qazancımızın fərqi yerlə göy arasındakı məsafə qədərdir" cavabını verib.

"Ondan əlavə, biz nə İbrahim kimi oxuya bilərik, nə də onun ayaqqabısını geyinə bilərik. Biz sadəcə onun mahnılarını sevirik və oxuyuruq. Mən bu gün yaşayıramsa, Allaha şükür edirəm. Bu gün nə varsa, onunla razılaşıram. Bu gün bir kişinin evində qazan qaynayırsa, o kişi artıq xoşbəxtdir" -deyə İzzət Bağırov əlavə edib.

Ətraflı videoda;

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...

393 Dünya 14:37 28 oktyabr 2026

Son xəbərlər