Şirkət rəhbəri işçilərinə 1000 maşın hədiyyə etdi
Hindistanda almaz ixracatı ilə məşğul olan şirkətin rəhbəri Svji Dholakia işçilərə 1000-dən çox avtomobil hədiyyə edib.
BAKU.WS verir ki, Hindistanın almaz kralı kimi tanınan iş adamı şirkətinin 1700 əməkdaşına 1260 maşın və 400 mənzil bağışlayıb.
Ən yaxşı işçiləri mükafatlandıran Dholakianın hədiyyələrinin ümumi dəyərinin 7 700 000 dollar olduğu bildirilir.
İş adamı iki il əvvəl isə 1200 işçisinə 200 mənzil, 400 avtomobil və 500 bahalı ləl-cəvahirat hədiyyə etmişdi.
70-dən çox ölkəyə almaz ixrac edən Dholakia mükafatlandırma mərasimində deyib ki, heç nə işçilərindən daha dəyərli deyil.
"Onları xoşbəxt görəndə hiss etdiklərimi sözlərlə ifadə edə bilmirəm. İşçilərinizi xoşbəxt edərsinizsə, Allah da sizin xoşbəxtliyinizi daim edər”, - iş adamı deyib.
Azər Məmmədov
Oxşar xəbərlər
"Gelandewagen"li Şəbnəm Tovuzlu kirayədə qalırmış
Ötən gün "Gelandewagen" hədiyyə edildiyi deyilən müğənni Şəbnəm Tovuzlu (Əsədova) kirayədə yaşayırmış. Bu barədə ölkə.az-a sənətçiyə yaxın şəxslərdən biri məlu...