"iPhone" almaq istəyənlərə pis xəbər - İstehsal azaldıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Mərkəzi ABŞ-da yerləşən "Apple" şirkəti müştərilərini məyus edib.
BAKU.WS xəbər verir ki, şirkətin Çində yerləşən ən böyük fabriki "Foxconn" karantinə alınıb. Buna səbəb sözügedən ölkədə COVID-19 pandemiyasının yenidən başlamasıdır. Hazırda şirkət rəhbərliyi ən son "iPhone" modelləri almaq istəyən müştərilərin biraz gözləməli olacağını vurğulayıb:
""iPhone 14 Pro" və "iPhone 14 Pro Max" istehsalında daha əvvəl proqnozlaşdırdığımız rəqəmlərdən daha çox azalma gözləyirik. Müştərilər yeni məhsullar almaZdan əvvəl daha çox gözləməli olacaqlar".
İstehsalı normal vəziyyətə gətirmək üçün səylərin davam etdiyini ifadə edən "Apple" rəhbərliyi "Hər bir işçinin təhlükəsizlik və sağlamlıq şərtlərini təmin etmək çərçivəsində istehsalı normal şərtlərə qaytarmaq üçün təchizatçılarımızla sıx əməkdaşlıq edirik"- deyə açıqlamasında qeyd edib.
Oxşar xəbərlər
iPhone 14 təqdim olunub - QİYMƏTLƏR - VİDEO
Apple şirkəti yeni iPhone 14 smartfonlarını təqdim edib. Smartfonlar iki versiyada buraxılacaq: 6,1 düymlük ekranla və MAX - 6,7 düym böyüdülmüş ekranla. Yeni m...