İnfluenser Aynurla Arzu arasında qalmaqal

İnfluenser Aynurla Arzu arasında qalmaqal
Şou-biznes 128

İnfluenser və dizayner Aynur Xəlilova (By_aynur__) influenser Arzu Məmmədova (Arzu.ja) arasında qalmaqal yaşanıb.

BAKU.WS olay-a istinadən xəbər verir ki, buna səbəb Aynurun "Hərşeyşünas" verilişində tanınmış dinşünas və ilahiyyatçı Elşad Mirinin səsləndirdiyi fikirlər olub.

Belə ki, A. Xəlilova qonağına "Qaf surəsi 16-cı ayədə Tanrı deyir ki, mən insana şah damarından daha yaxınam. Bunu oxuyub analiz edə bilən insan niyə Tanrını müqəddəs torpaqlarda axtarır? Pulu olub Həcc ziyarətinə gedən insan pulu olmayandan daha müsəlman sayılır? Kəbənin başına dolanıb, şeytanı daşlamaq büdpərəstliyin bir əlaməti deyilmi? Ümumiyyətlə hamı Həccə getməlidir" suallarını ünvanlayıb.

E. Miri isə suallara bu cavabı verib:

"Müqəddəs torpaq anlayışı varmı? Bu gün mənim vaxtilə işğalda olan torpağım müqəddəs idi? Yoxsa ərəblərin, vaxtilə peyğəmbərin yaşadığı həmin ərazi müqəddəsdir? Bunun müqayisəsini apara bilərikmi? Məncə, heç bir zaman, çünki mənim üçün yaşadığım, çörəyini yediyim bölgəm, doğma olan yer daha dəyərlidir, nəinki digər yerlər. Digər yerlərə turist kimi və yaxud da başqa məqsədlər, ibrət və dərs çıxarmaq üçün gedə bilərəm. Quranda deyilir ki, yer üzünü seyr edin, gəzin, dolaşın. Orada qeyd edilir ki, sizdən əvvəlkilərin aqibətini görüb bilmək üçün, bir də yaradılışı öyrənmək üçün. Bu günləri bütün insanlarmı Həcc ziyarətinə getməlidir? Xeyr. Niyə Həccə getməlisən? Adam var illərdir qazanıb pul yığır. Bu adamın məqsədini anlayıram, amma yanlış yoldadır. Ora xərclənəcək pulla təhsilə yatırım etmək olar. Allah bizdən bunu istəyir? İkinci bir məsələ. Həqiqətən orada Allah duaları daha çox qəbul edirsə, orada yaşayanlar kefdədir. İstədikləri vaxt dua etsinlər, qayıdan da görsünlər ki, həyətlərində maşın var. Bu, İslam ola bilməz. Məsələn, orada dua etdim ki, Paşinyanın istədiyi bütün müddəalar ləğv olundu. Bizim istədiyimiz bütün hər bir şeylə razılaşdı və sülh müqaviləsi bağlandı. Bu deyil axı. Bunun üçün illərdir ölkə başçısı, xarici işlər naziri işlər görür. Söhbətlər gedir. Nə də güzəştə getmək olar, ya olmaz. Bir dənə mənim ora gedib dua etməyimlə olacaqsa, o zaman 30 il əvvəl bütün günü Allahşükür Paşazadə deyirdi ki, biz orada dua edirik. Duanın nəticəsini isə ölkə başçısı əməli ilə, proseslərlə, dronlarla, şəhid olan canlarımızla bir arada girildi, torpaqlar işğaldan azad edildi. Yoxsa mən filan yerə getdim dua etdim. Dua etməklə onlar qorxub qaçacaq? Bizim problemimiz bundadır ki, düzgün analiz edə bilmirik. Daşa toxunmaqdan ötrü bir-birini əzənlər, qara daşı öpmək üçün bir-birinin üstünə çıxanlar var. Hətta mən də zərər çəkmişəm. Sənin dediyin şeytan anlayışı budur? Allah səndən bunu istəyir? Əlinə daşı al, şeytana at. Şeytan niyə məhz oradadır? Niyə Vaşinqtonda, NyuYorkda, Ermənistanda deyil ? Adi daş yığınağından ibarət bir yerdir. Sən bunu müqəddəstləşdirdikdən sonra problem yaranır. İndi şeytanı daşlamaq üçün yerlərin də sayını artırıblar".

Arzu isə instaqramda Aynura şərh yazaraq ona irad bildirib:

"Əgər verilişimə seçdiyim mövzu cəmiyyətdəki ən mübahisəli, ən həssas mövzudursa, sağlam və ədalətli müzakirə üçün eşitmək istədiklərimi yox, bu mövzudakı həqiqəti deyəcək birini qonaq çağırmaq olardı. Verəcəyim suallara alacağım həqiqi cavablara hazır deyiləmsə, ümumiyyətlə bu mövzunu seçməzdim".

O, həmçinin, instaqramda "story" paylaşaraq bunları deyib:

"Aparıcı verilişinə qonaq çağırıb, mövzu dindir, özü əks mövqedə çıxış edir. Qarşısındakı insan o deyil. Orada heç bir sağlam müzakirədən söhbət gedə bilməz. Baxdım, şok oldum. İstədim rəy yazım, sonra fikirləşdim ki, nə yaza bilərəm? Axı orada o insan olmamalıydı. Əgər sağlam və ədalətli müzakirə istəyirsinizsə… Əsəbimdən baxa bilmədim".

Oxşar xəbərlər

Safurə bahalı avtomobilini nümayiş etdirdi

Safurə bahalı avtomobilini nümayiş etdirdi

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva bahalı avtomobilini nümayiş etdirib. BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, ifaçı ağ rəngli "Range Ro...

57 Şou-biznes 23:41 20 oktyabr 2024

Son xəbərlər