"İndiki müğənnilər qəpik-quruş qazanırlar"
Müğənni Təranə Qumral açıqlaması ilə diqqət çəkib.
BAKU.WS "olay.az"a istinadən xəbər verir ki, "Gün ortası" verilişində qonaq olan ifaçı indiki müğənnilərin qazancından danışıb:
"Tələbat nəyədirsə, gənclərimiz onu oxuyur. Sən onu sevirsən, aparırsan bir mahnısı ilə evində qulaq asırsan.
O da məcburdur ki, ikinci mahnısını eyni ifa etsin ki, sabah ondan yaxşı toya getsin, gündəmdə olsun. Biz "AzTV" dövründən gəlmişik.
O vaxt trend yox idi. Hamı oxuyurdu, hamı sevilirid, hamının ayrı-ayrı adı var idi. 4-5 populyar, reklamlı müğənni var idi.
Gedirdik toylara... O qədər toylarımız olurdu ki, bir ilə çatmırdı, gələn il üçün növbəyə dururdular. İndiki oxuyanlar bizim dövrümüzdəki pulları görmürlər. İndikilər qəpik-quruş qazanırlar".
Oxşar xəbərlər
Bu məşhur aktyor "A.B.İ" ilə ekranlara qayıdır
Aktyor Kenan İmirzalıoğlunun yeni serialının heyətinə tanınmış aktyor qatılıb. BAKU.WS xəbər verir ki, baş rollarını Kenan İmirzalıoğlu, Diren Polatoğulları və...