İllər sonra "Kurtlar Vadisi" ilə bağlı ETİRAF ETDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin tanınmış aktyoru Zafer Ergin illər sonra "Kurtlar Vadisi"ndən niyə ayrıldığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, sənətçi bu barədə "Aslı Şafak"la İşin Aslı" verilişində danışıb.
O bildirib ki, layihədən ayrılmasına səbəb serialın zərərli və pis vərdişləri təbliğ etməsi olub:
"Orada çalışmağın çox yaxşı şərtləri vardı. Bəziləri soruşurdu ki, bu qədər yaxşı qazancın olduğu halda niyə ayrılırsan? Amma mənim prinsiplərim var. Televiziya böyük təsir gücünə malikdir və insanları yaxşılığa, doğruya yönləndirməlidir".
Xatırladaq ki, aktyor "Kurtlar Vadisi"ndə "Mehmet Karahanlı" obrazına həyat vermişdi.
Oxşar xəbərlər
Məşhur aktrisadan oğluna: "Qonaq gələndə yeməyi sən bişirirsən"
Məşhur aktrisa Perihan Savaş gəlini Melis Ketencidən danışıb. BAKU.WS xəbər verir ki, yemək verilişinə qonaq olan aktrisa gəlinin heç vaxt yemək bişirmədiyini...