İlhamə Qasımova: "Müğənni yox idmançı olmaq arzusunda olmuşam"
"Müğənni olmaq istəməmişəm, deyim ki, buna oxşayım. Sadəcə olaraq sevdiyim müğənnilər olub və onları dinləyib də ifa eləməyi öyrənmişəm. Çünki mənim məktəbim onları çoxlu dinləmək olub. Belə deyim, mən 80-ci illərin ən populyar olan, öndə gedən müğənnilərini məsələn Selin Dion, Uitni Hyuston kimi ifaçıları, bir də bəzi qrupları dinləmişəm. Amma mənim üçün indiyə qədər də dəyişməz favorit müğənni Maykl Ceksondur. Amma deyim ki, ona oxşamaq arzularımda olub? Yox".
BAKU.WS xəbər verir ki, bu sözləri "İncə səhər" verilişinə qonaq olan müğənni İlhamə Qasımova deyib.
O bildirib ki, əslində müğənni yox, idmançı olmaq arzusu olub:
"Mənim arzum daha çox idmançı olmaq olub, nəinki müğənni. Amma ən gözəli odur ki, sən bunu heç istəmədiyin bir anda ortaya çıxarmısan. İdmançı olsaydım da bilirəm ki, uğurlu olardım, həm də çox uğurlu olardım".
Ətraflı videoda:
Oxşar xəbərlər
Zümrüd Bədəlova: "Ola bilər ki, bir xanım kimi heç vaxt xoşbəxt olmadım"
"Ürəyimdən gəldi, demək istədim. Ömrümün yarı hissəsini geridə qoyuram. Sevən, sevməyən hər kəs var olsun. Bu il çox insanda yanıldım, çoxu isə gözləmədiyim qəd...