İbrahim Tatlısesə sərt ismarıc: "Mən danışsam, nə yanındakılar, nə də özü bir daha danışa bilməz"

İbrahim Tatlısesə sərt ismarıc: Mən danışsam, nə yanındakılar, nə də özü bir daha danışa bilməz
Şou-biznes 1987

İbrahim Tatlıses və "kirvəm" dediyi yaxın dostu Metin Cantimur sosial şəbəkə üzərindən bir-birilərinə qarşı sərt ifadələr işlədiblər.

BAKU.WS türk mediasına istinadən xəbər verir ki, qızı Dilan Çıtak ilə araları dəyən İbrahim Tatlıses yaxın dostu ilə də münasibətlərini pozub.

İbrahim Tatlıses sosial şəbəkədəki paylaşımında "Bəslədiyim itlərə sümük atmayanda hürməyə başladılar" ifadələrini işlədib.

Bu sözlərin 40 illik dostu Metin Cantimura ismarıc olduğu öyrənilib. Cantimur isə Tatlısesin sözlərinə sərt şəkildə cavab verib:

"Əgər mən danışsam, nə yanındakılar, nə də özü bir daha danışa bilməz" deyən keçmiş dost, paylaşımında bunları bildirib:

"Özünün etibarsızlığını başqalarına atdığı şərlərlə örtməyə çalışan dosta salam olsun. 40 illik yoldaşlıq, dostluq etdiyim, amma son illərdə ətrafında maraq və mənfəət üçün gizli planlar quran şəxslərin sözləri ilə hərəkət edərək onların kuklası halına gəlməsi səbəbindən yolumu ayırdığım şəxsin alçaldıcı şərinə düşmək, əlbəttə ki, məni incitdi, amma bilinməsini istəyirəm ki, səbrin bir sonu var. Mən danışsam, nə yanındakılar, nə də özü bir daha danışa bilməz."

Son xəbərlər