78-ci "Emmy" mükafatlarının qalibləri bəlli oldu - SİYAHI
ABŞ televiziya və serial sənayesinin ən nüfuzlu mükafatı hesab edilən "Emmy" növbəti dəfə sahiblərinə təqdim olunub.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki Los-Ancelesdə təşkil edilən təntənəli mərasimə bu il "The Pitt", "Widow's Bay" və "DTF St Louis" ekran işləri damğa vuraraq ən çox mükafat qazanan layihələr sırasına adlarını yazdırıblar.
"Emmy" nominasiyaları üç əsas kateqoriya üzrə bölünüb.
Dram, komediya və mini-serial janrında qaliblərə mükafatlar təqdim edilib.
Gecənin ən nüfuzlu mükafatı sayılan "Ən yaxşı dram serialı" nominasiyasında qalib ikinci mövsümü ilə qayıdan "The Pitt" olub.
Layihənin baş rol ifaçısı Noa Uayli də daxil olmaqla serial ümumilikdə 8 fərqli nominasiyasında mübarizə aparıb.
"The Pitt" "Ən yaxşı dram serialı", "Widow's Bay" "Ən yaxşı komediya serialı", "DTF St Louis" isə " Ən yaxşı mini-serial" nominasiyasında 78-ci "Emmy" mükafatlarının əsas qalibləri olublar.
"Ən yaxşı dram aktyoru" Noa Uayli, "Ən yaxşı dram aktrisası" Ri Seehorn olub.
"Ən yaxşı komediya aktyoru" Metyu Riz, "Ən yaxşı komediya aktrisası" Cin Smart seçilib.
78-ci "Emmy" mükafatlarının "Ən yaxşı realiti-şou" nominasiyasında isə "The Traitors" qalib olub.
Dram kateqoriyasında qalibiyyət uğrunda "Pluribus", "Slow Horses", "The Diplomat" və "Game of Thrones" kainatına aid olan "A Knight Of The Seven Kingdoms" kimi iddialı layihələr də yarışıb.
Qalereya
Oxşar xəbərlər
Övladları xarici universitetlərdə oxuyan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
Ali təhsil bir çox valideynin övladının gələcəyinə verdiyi mühüm investisiyalardan biridir. Kimi bu təhsili Azərbaycanda, kimi isə xarici ölkədə almağa üstünlük...