"Həkimlər ən güclü ağrıkəsiciləri vurur, amma..." - Şahinin xanımı

Həkimlər ən güclü ağrıkəsiciləri vurur, amma... - Şahinin xanımı
Şou-biznes 3583

Xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin vəziyyəti ağırlaşıb.

BAKU.WS  axşam.az-a istinadən xəbər verir ki, bu sözləri qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin xanımı Səbinə İnstagram səhifəsində yazıb.

O bildirib ki, Şahinin əməliyyat olunması mütləqdir: 

"Həkimlər əllərindən gələni edirlər. Hərarəti düşməlidir, amma hələ də yüksəkdir. Bu halda əməliyyat olunması belə mümkün deyil. Ağrıları o qədər kəskindir ki, dözə bilmir. Həkimlər ən güclü və bahalı ağrıkəsiciləri vururlar, təsir etmir. Qan da köçürürlər. Tək ümüdimiz Allaha qalıb. Ağciyəri də yaxşı deyil, nəfəs alması çətinləşib. Allah Şahini övladlarına bağışlasın".

Aynur Ələkbərova

BAKU.WS

Son xəbərlər