Hitlerə sevgisini etiraf edən Kanye Uestə yəhudi qadın məhkəmə iddiası qaldırıb

Hitlerə sevgisini etiraf edən Kanye Uestə yəhudi qadın məhkəmə iddiası qaldırıb
Şou-biznes 152

Məşhur reper Kanye Uestin keçmiş əməkdaşı onu nasizmdə ittiham edərək məhkəməyə verib.

BAKU.WS xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, Yeezy brendinin keçmiş marketinq əməkdaşı olan yəhudi əsilli qadın Kanyenin antisemit davranışlarından şikayət etdikdən sonra işdən çıxarılıb.

Şikayətdə göstərilir ki, Kanye işçilərə ünvanladığı mesajlarda antisemit ifadələr işlədib. O, şirkətə yeni gələn yəhudi işçilərə yazdığı mesajda "Xoş gəlmisiniz, bu sizin Hitler üçün işlədiyiniz ilk gündür" ifadəsini işlədib.

Bundan əlavə, iddiaçının sözlərinə görə, Kanye ona nasistlərə rəğbət bəslədiyinə dair ittihamlarla bağlı izahat verməsi üçün müraciət etdikdə "Mən nasistəm" cavabını verib.

Keçmiş əməkdaş bildirib ki, Kanye Uest ona tez-tez iş çatı vasitəsilə kobud davranıb, söyüşlər işlədib və təhqir edib. O, məhkəməyə müraciət etmək qərarını Kanyenin ona "Məni məhkəməyə ver"dedikdən sonra qəbul etdiyini açıqlayıb.

Oxşar xəbərlər

Tarkanın 7 ildən sonra keçirilən konsertindən görüntülər

Tarkanın 7 ildən sonra keçirilən konsertindən görüntülər

Meqastar Tarkan 7 ildən sonra ilk dəfə İstanbulda səhnəyə çıxıb. BAKU.WS xəbər verir ki, sənətçini sevənləri böyük coşğu ilə qarşılayıblar. Tarkanın səhnə şousu...

112 Şou-biznes 18:46 17 yanvar 2026

Son xəbərlər