Hicabsız fotolarını paylaşdığı üçün İrandan qovuldu (FOTO)

Hicabsız fotolarını paylaşdığı üçün İrandan qovuldu (FOTO)
Şou-biznes 1796

 

İranlı aktrisa Sadaf Taherian çəkdirdiyi şəkillərə görə müzakirə mövzusu olub.

BAKU.WS məlumat verir ki, aktrisa hicabsız fotolarını sosial şəbəkədə paylaşdığı üçün ölkə mediasının və İran Mədəniyyət Nazirliyinin qəzəbinə tuş gəlib. İran mediası aktrisanı şəriət qanunlarına tabe olmadığı üçün "əxlaqsız” adlandırıb. İran Mədəniyyət Nazirliyi isə Sadafın İran filmlərində çəkilməsinə qadağa qoyub.

Sadaf ABŞ-da fars dilində yayımlanan "Masih Alinejad şou” proqramına açıqlamasında deyib ki, o, artıq Dubayda yaşayır və İran xalqının aqressiv şərhlərinə görə təəssüf etdiyini bildirib:

"İran xalqından bunu gözləmirdim. Mən özümü bu şəkildə xoşbəxt hesab edirəm. İnanırdım ki, məni dəstəkləyənlər olacaq. Ancaq düşündüyüm kimi olmadı. Dubayda karyeramı davam etdirəcəm".

BAKU.WS 

Oxşar xəbərlər

Son xəbərlər