“Hicabdan qabaq şou proqramlardan hər gün 500 manat qazanırdım” - Xuraman Şuşalı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı müğənni Xuraman Şuşalı olub.
Müğənni hicaba gəlməyi ilə bağlı maraqlı açıqlama verib:
“2013-cü il fevralın 16-sı hicaba gəlmişəm. Şou proqramlardan hər günüm 500 manat idi. Məni tanıyanların hamısı bilir ki, 7 günün 7-də də işim olub. O gəlirə, qazanca "yox" deməyi hər adam edə bilməzdi. Hansı aləmdən özümü necə çərçivəyə saldım və 3 il oxumadım”.
Müğənni daha sonra açıqlamasında həyatının kədərli olduğunu deyib:
“Mənim həyatım o qədər kədərlidir ki... Şükürlər olsun, 4 övladım var. Bu həyatdakı yeganə qazancım 4 övladımdır. Çox çətinliklə ailəmi qoruyub saxlamışam. Ailəmdə bir dənə səhvim olsaydı, onu bayraq edib dünyaya car çəkərdilər. Daşı ağır olan adamam. Bilmirəm, mənim nəyimə paxıllıq edirlər, başa düşmürəm”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...