Həyat yoldaşından boşanan Xuraman: "Heç bir qadın bunları yaşamayıb"
Aktrisa Xuraman Əlizadə şəxsi həyatı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o qonaq olduğu "Tam səmimi" verilişində həyat yoldaşı Murad Xankişiyevdən ayrıldıqdan sonra həyatının stressiz keçdiyini hazırda isə xoşbəxt olduğunu vurğulayıb:
"Ayrılmışam. Çox xoşbəxtəm. İndi daha rahatam, əsəbi deyiləm. Dostlarım sayəsində depressiyadan tez çıxdım. Oğlumla bərabər yaşayıram. Hər şey silinsin istəyirəm. Elə şeylər yaşadım ki, bəlkə də heç bir qadın bunları yaşamayıb. Ayrılanda da insan elə ayrılmalıdır ki, xoş münasibət olsun, dost kimi. Çünki mən onun ailəsi, övladının anası olmuşam".
Qeyd edək ki, 9 il əvvəl ailə quran sənətçinin bir oğlu var.
Ətraflı videoda:
Oxşar xəbərlər
Məşhur aktyorların 8 illik evliliyi bitdi
Tanınmış aktyorlar Erkan Kolçak Köstendil və Cansu Tosunun 8 illik evliliyi rəsmi olaraq bitib. BAKU.WS xəbər verir ki, məşhur cütlük Gemlik Ədliyyəsində keçir...