Həyat yoldaşından danışan Nigar Şabanova: "Bu, mənim son efirimdir..." - VİDEO

Həyat yoldaşından danışan Nigar Şabanova: Bu, mənim son efirimdir... - VİDEO
Video
Şou-biznes 2785

Əməkdar artist Nigar Qaragözova (Şabanova) yeni açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, "Mətbəxin Ağası" proqramında qonaq olan xanəndə hərbçi həyat yoldaşından danışıb. Daha sonra isə bir daha efirə çıxmayacağını bildirib:

"Azərbaycan qadınları çox dözümlüdür, güclüdür, səbirlidir. Ailə üçün çox fədəkardırlar. Biz hər şeyimizi ailəmiz üçün fəda edəcək qədər qürurlu Azərbaycan xanımlarıyıq. Düzdür, mənim üçün bu seçim çox çətin oldu. Bir müddət söz-söhbətə səbəb oldu. Həqiqətən, bir yaradıcı, incəsənət adamı üçün çox çətindir. Çünki bir tərəfdə sənət, bir tərəfdə isə ailənin yanında olmalısan.

Tədricən bir az sənətdən uzaqlaşamağa başlayırsan. Məsələn, həyat yoldaşım xidmətə gedəcək. Bu, mənim son efirimdir. O gəlməyənə qədər efirə çıxa bilmərəm, sağ-salamat qayıtsın, üzüm gülsün".

Xatırladaq ki, Nigar Şabanova hərbçi Xəyyam Qaragözovla ailə həyatı qurub.

Son xəbərlər