"Həmin hadisədən sonra Telli ilə münasibəti kəsdim"

Həmin hadisədən sonra Telli ilə münasibəti kəsdim
Şou-biznes 0

Aşıq Zülfiyyə İbadova qalmaqal yaşadığı həmkarı Telli Borçalıdan danışıb.

Axşam.az xəbər verir ki, bu haqda aşıq "Bir gün" verilişində deyib. O bildirib ki, həmin qalmaqaldan sonra Telli ilə münasibəti kəsib:

"Həmin hadisədən sonra münasibətə son qoydum. Nə görüşmədik, nə qarşılaşmadıq. Mənim günahım olarsa, balaca uşaqdan da üzr istəyərəm. Ətrafındakı adamlar onu başa salmalı idi. Amma kimlərinsə xoşuna gəlib onu qızışdırmağa. Mən də bir söz eşitdim, ona zəng vurub soruşdum ki, belə şey demisən? Qayıtdı ki, yox. Amma indi düşünürəm ki, bəlkə də elə deyib".

Qeyd edək ki, Zülfiyyə daha əvvəl açıqlamasında sahibi olduğu restorandan danışaraq "Aşıq Telliyə sazımı etibar etmərəm. Həmişə gəlir bizim restorana yeyir, sonra da sazını unudub gedir. Zəng edir ki, sazım orada qalıb" deyə, bildirib. Bu söz Tellinin xoşuna gəlməmiş və onlar arasında mübahisə düşmüşdü.

Oxşar xəbərlər

Hadisə ideal kişi obrazını təsvir etdi

Hadisə ideal kişi obrazını təsvir etdi

Türkiyəli müğənni Hadisə ideal kişi obrazı haqqında açıqlama verib. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ideal kişinin bir neçə xüsusiyyətin...

119 Şou-biznes 17:05 15 dekabr 2024

Son xəbərlər