Hava xəbərdarlığı: qar yağacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında fevralın 18-də hava şəraitinin yağıntılı olacağı, 19-na keçən gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, günün birinci yarısında 9 dərəcəyədək isti, günün ikinci yarısında 3-5 dərəcə isti, Bakıda gecə 5-7, günün birinci yarısında 9 dərəcəyədək isti, günün ikinci yarısında 3-5 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında sabah gecə və səhər bəzi yerlərdə duman, çiskinli, gün ərzində arabir yağıntılı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 8-13 isti, dağlarda gecə və gündüz 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Bu gün qar yağacaq, şaxta olacaq
Bu gün Bakı və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var. Ekologiya və...