Bu gün qar yağacaq, şaxta olacaq

Bu gün qar yağacaq, şaxta olacaq
Şou-biznes 1000

 

Bu gün Bakı və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Arabir əsən güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Temperaturun gecə 0-2, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 5-10 dərəcə şaxta, dağlıq ərazilərdə 9-12 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta, Mərkəzi Aran rayonlarına gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün qar yağacaq

Bu gün qar yağacaq

Fevralın 7-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var....

853 Şou-biznes 09:00 07 fevral 2016

Son xəbərlər