Halil Sezai yenidən polisə çağırıldı - FOTO

Halil Sezai yenidən polisə çağırıldı - FOTO
Foto
Şou-biznes 303

Türkiyəli müğənni Halil Sezai yenidən polisə çağırılıb.

BAKU.WS xəbər verir ki, sənətçinin konsertlərindən birində qonşusu Hüseyin Meriçə söyüş söydüyü bildirilib. Bundan sonra ifaçı polis bölməsinə çağırılaraq ifadəsi alınıb.

Sezai belə bir şey etmədiyini və haqqında yayılan xəbərlərin əsassız olduğunu deyib:

"Kimisə nə təhqir etmişəm, nə də ki söyüş söymüşəm. Konsertdə məni sevənlərlə söhbət edirdim. Boynuma atılan şəri qəbul etmirəm".

Qeyd edək ki, Halil Sezai 2020-ci ilin oktyabrında azadlığa buraxılıb. O, qonşusu Hüseyin Meriçi döydüyü üçün 1 il 11 ay 17 günlük həbs edilmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər