Bu günə kimi saxlanılan şou-biznes nümayəndələri - SİYAHI - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Manaf Ağayev və biznesmen dostu Sənan Hüseynov 15 sutka həbs edilib.
BAKU.WS-in xəbərinə görə, bu barədə Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.
Qeyd edək ki, M.Ağayevin həbsi şou-biznes nümayəndələri arasında ilk hadisə deyil. Belə ki, bu günə qədər müxtəlif illərdə və ayrı-ayrı səbəblərdən məşhur simaların saxlanılma və həbs qərarları xəbərləri çıxıb.
Bunlardan bəzilərini təqdim edirik:
1. Rəşad Dağlı kimi tanınan meyxanaçı Əmirov Rəşad Vaqif oğlu karantin qaydalarını pozaraq mərasimdə iştirak etdiyi üçün saxlanılmış və cərimələnmişdi.
2. Fədayə Laçın kimi tanınan müğənni Məmmədova Fədayə Baris qızı Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirli bilindiyi üçün həbs edilmişdi.
3. Maral Tahirqızı - müğənni əxlaqsızlıq yuvası təşkil etməkdə ittiham olunaraq həbs edilmişdi.
4. Samir Cavadzadə - Azərbaycanın “Eurovision-2008” təmsilçisi otaq yoldaşı və dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar həbs edilmişdi.
5. Vüsal Əliyev - bir vaxtlar populyar olan müğənni dələduzluq maddəsi ilə axtarışda olub və sonradan həbs edilmişdi.
6. Elşad Xose - tanınmış reper narkotik vasitələrə görə saxlanılmışdı.
7. Aqil M.Quliyev - tanınmış rejissor şikayət əsasında həbs edilmişdi.
8. Hüseyn Dərya - mərhum reper narkotik vasitələrə görə həbs edilmişdi.
9. Emil Rəhmanov - müğənni soyğunçuluq etməkdə təqsirli bilinərək həbs edilmişdi.
10. İlham Mirzəyev - tanınmış tele-aparıcı dələduzluqda ittiham olunaraq həbs edilmişdi.
Oxşar xəbərlər
Fədayə Laçın “Qoca”nı qaçırmasının BÜTÜN SİRLƏRİNİ AÇDI – ŞOK İFADƏ
Bakıda məhbusların qaçmasına köməklik göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ibtidai istintaqa verdiyi ifadəsi açıqlanıb.Publika.az-ın məlumatına g...