Hade illər sonra (FOTO, VİDEO)

Hade illər sonra (FOTO, VİDEO)
Video
Şou-biznes 4303

 

"El Clone" serialının Hade obrazını bir çoxları xatırlayır. Covanna Antonelli Prado aktrisalıqla yanaşı model, aparıcı və prodüsser kimi də fəaliyyət göstərir.

BAKU.WS məlumat verir ki, Covanna Antonelli Prado 1976-cı il 18 mart tarixində Brazilyanın Rio-De-Janeyro şəhərində dünyaya gəlib. Atası müğənni, anası balerina olan Covanna sənətə uşaq yaşlarından başlayıb. 1992-ci ildə aktrisa Brazilyanın məşhur televiziya proqramı "Qərar sizindir" (Você Decide)də kiçik bir epizodda rol alıb. 1994-cü ildə isə "Tropicaliente" teleserialına çəkilib. Karyerasına elə həmin serialda başlayan aktrisa Brazilyanın bir çox məşhur seriallarında rol alıb.

2001-ci ildə isə "El Clone" serialında Hade obrazı ilə daha da məşhurlaşıb. Hazırda aktrisa kimi fəaliyyətini davam etdirən Covanna bir çox brendlərin, kosmetik vasitələrin siması olub.

Aktrisa iki dəfə rəsmi nikahda olub. Covanna ilk nikahı  məktəb illərindən tanıdığı biznesmen kimi fəaliyyət göstərən Rikardo Medinu ilə olub. Cütlük 4 il bir yerdə yaşadıqdan sonra 2001-ci ildə qarşılıqlı razılaşma əsnasında ayrılıblar. Bundan sonra Covanna "El Clone" serialında tərəf müqabili olan (Lukas) aktyor Murilu Benisio ilə görüşməyə başlayıb. Cütlüyün 2005-ci ildə Petro adlı oğulları dünyaya gəldikdən sonra gözlənilmədən ayrılırlar. 2007-ci ildə aktrisa Roberto Lokastsio adlı amerikalı biznesmenlə nikaha daxil olur. Aktrisanın bu nikahı da uzunömürlü olmur. Covannanın ABŞ-a ərinin yanına köçməsi keçmiş sevgilisi Murilunun etirazına səbəb olub. O oğlunu görə bilmədiyini əsas gətirərək məhkməyə müraciət edir. Başı keçmiş sevgilisi ilə məhkəmə işlərinə qarışan aktrisa 4 aydan sonra Robertodan ayrılır. 

2009-cu ildə Covanna rejissor Leonardo Noqeyra ilə tanış olur. Çəkiliş meydançasında tanış olan cütlüyün 2010-cu ildə əkiz qızları dünyaya gəlir. Hazırda bir yerdə yaşayan cütlük hələ də rəsmi nikaha daxil olmayıblar. 

Ayşən Ayxan

BAKU.WS 

Oxşar xəbərlər

İslamı qəbul edən məşhur aktrisa əkizlərini göstərdi (FOTO)

İslamı qəbul edən məşhur aktrisa əkizlərini göstərdi (FOTO)

Alman əsilli aktrisa əkizləri Milat və Melodi ilə kamera qarşısına keçib. BAKU.WS məlumat verir ki, türk iş adamı ilə ailə qurduqdan sonra İslamı qəbul edən a...

1428 Şou-biznes 13:15 03 mart 2016

Son xəbərlər