Natalia Oreyro Azərbaycana gəlir (VİDEO)
Dünya şöhrətli müğənni və aktrisa Natalia Oreyronun Azərbaycandakı heyranlarına şad xəbər var. Müğənni və aktrisa Azərbaycana gəlmək istədiyini açıqlayıb. BAKU.WS-in məlumatına görə o, Bakıdakı pərəstişkarlarını görmək üçün səbirsizləndiyini diqqətə çatdırıb və ANS TV-yə xüsusi video göndərib. Aktrisa "Vəhşi mələk” serialında canlandırdığı obrazı ilə çoxlarının ürəyini fəth etməyi bacarıb. Serialın üzərindən illər keçməsinə baxmayaraq aktrisa hələ də illərə meydan oxuyur. Natalia Oreyro, vaxtilə ANS TV-də yayımlanan "Amanda O” serialı barədə məlumatlı olduğunu və Bakıya gələrsə ANS TV-yə müsahibə verəcəyinə də söz verib. 38 yaşlı Natalia Oreyro müğənnilik və aktrisalıqla yanaşı modelyerliklə də məşğuldur. O, bu yaxınlarda yeni kolleksiyasını təqdim edib. Bundan əlavə ifaçının aprel ayında Moskva şəhərində də konsert verəcəyi də deyilir. Natalia hələ uşaq olarkən bir çox tanınmış şirkətlərin reklam çarxlarında yer alıb. 16 yaşında Uruqvaydan Argentinaya köçüb və karyerasını burada davam etdirib. BAKU.WS
Oxşar xəbərlər
Natalia Oreiro geyim kolleksiyası hazırladı (FOTO)
Məşhur Argentina teleserialı "Vəhşi mələk"in ulduzu, müğənni-aktrisa Nataliya Oreiro geyim kolleksiyasını təqdim edib. BAKU.WS məlumat verir ki, "Las Oreiro"...