"Eurovision" təmsilçimizin aktrisa qaynanası danışdı (FOTO)
"Eurovision" təmsilçimiz Səbinə Babayevanın qayınanası, kinoaktrisa Fərqanə Quliyeva yeni dünyaya gələn nəvəsi haqqında danışıb.
BAKU.WS milli.az-a istinadən məlumat verir ki, aktrisa gəlni və nəvəsi haqda bunları deyib:
"Allahın köməkliyi ilə Səbinə də, uşaq da yaxşıdır. Bütün ailəmiz, biz nənələr başda olmaqla hamımız sevinirik. Mənim böyük oğlumun bir oğlu var. Bu isə ortancıl oğlumun ilk uşağıdır. 3-cü oğlum isə evli deyil. Allahdan rica edirəm ki, o, evlənəndə də oğlu dünyaya gəlsin. Sonra isə mənim kimi gözəl qızları... Qismətdən artıq yemək olmaz".
Qeyd edək ki, Fərqanə Quliyeva dövrünün məşhur aktrisalarından biri olub. O, bir çox filmlərdə rollar alıb. Səbinə Babayevanın bu ilin əvvəli oğlu dünyaya gəlib. Babayeva 2012-ci ildə Cavidan Şərifov adlı rejissorla ailə qurub.
BAKU.WS
Oxşar xəbərlər
Ən seksual məşhur qadınlar (FOTO)
Bu ilin məşhur seksual qadınlarının adı məlum olub. BAKU.WS-in məlumatına görə, gözəlliyi, parlaqlığı və cazibədarlığına görə 2015-ci ildə seksual qadınlar siy...