Hacı Nuran səhhətindən danışdı: "Həkimim deyir ki..." - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış aparıcı Hacı Nuran Hüseynov səhhətindən danışıb.
BAKU.WS xəbər verir ki, ötən ilin noyabrında Almaniyaya müalicəyə gedən aparıcı tədbirlərdən birində görüntülənib.
Səhhəti ilə bağlı BAKU.WS-ə açıqlama verən Hacı Nuran çoxsaylı müalicələrdən sonra hazırda vəziyyətinin yaxşılaşdığını bildirib:
"Bir il əvvəl koronavirusa yoluxmuşdum. Ondan sonra məndə başqa xəstəliklər də baş qaldırdı. Dedim, yəqin, səhhətim düzələr. Sonra gördüm ki, vəziyyətim ağırlaşır və öz həkimimə müraciət etdim. Təcili Almaniyaya getdim. 1 aya yaxın müalicə olundum. 3-4 gündür, Azərbaycana qayıtmışam. İndi sadəcə hərdən yorğunluq hiss edirəm. Həkimim deyir ki, gərək sakit həyat yaşayasan. Gün ərzində 10-15 yerə gedirəm. Çəkilişlər, tədbirlər olur".
Qeyd edək ki, aparıcı bir müddət əvvəl sosial şəbəkə hesabında "Yenə mənə yol göründü. Səhhətimlə bağlı Almaniyanın Düsseldorf şəhərindəki onkoloji klinikaya gedib xərçənglə mübarizəmi davam etdirməliyəm. Son vaxtların gərgin iş rejimi orqanizmimə birbaşa təsir etdi" sözlərini yazaraq səhhətinin ağırlaşdığını bildirmişdi.
Oxşar xəbərlər
Hacı Nuran: "Xərçənglə mübarizəmi davam etdirməliyəm!" - FOTO
Aparıcı Nuran Hüseynov (Hacı Nuran) sosial şəbəkədə yeni paylaşım edib. BAKU.WS xəbər verir ki, o, xəstəliyi ilə əlaqədar yenidən Almaniyaya gedəcəyini qeyd edi...