Hacı Nuran: “Pyer Kardin Tahir Salahovun əsərlərinə müraciət etmişdi”

Hacı Nuran: “Pyer Kardin Tahir Salahovun əsərlərinə müraciət etmişdi”
Şou-biznes 156

“Tahir Salahovu itirmək bizim üçün böyük itkidir. Sonuncu görüşümüz bir neçə ay əvvəl olub. Öz kitabınını mənə hədiyyə etdi.

Böyük sənətkarı itirdik. O, bizi dünyada təmsil edən böyük şəxsiyyət idi. Həyat yoldaşı rəhmətə gedəndən sonra dözə bilmədi. Yarım il keçməmiş o da dünyasını dəyişdi”.

BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran Hüseynov Xalq rəssamı Tahir Salahovun dəfn mərasimində olarkən deyib. O T. Salahovun hələ ölmək istəmədiyini, 100 yaşına qədər yaşamaq istədiyini bildirib:

“Tahir müəllimin bütün əsərləri Böyük Qalereyeda nümayiş olunur. Hətta tanınmış modelyer Pyer Kardin də onun əsərlərinə müraciət etmişdi.

Tahir Salahov haqqında çox şey demək olar. Həyatı sevən, ona bağlı olan insan idi. 90 yaşı tamam olanda dedi ki, mən 100 yaşıma çatacağam. Qismət olmadı. Allah rəhmət etsin”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər