Gürcüstanın 6 milyonuncu turistinə böyük sürpriz (VİDEO)
Son 1 ildə Gürcüstana gələn 6 milyonuncu turist onun üşün təşkil olunmuş sürprizlə qarşılanıb.
BAKU.WS-in rus mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, Hollandiya vətəndaşı olan turist üçün Tbilisi hava limanında təntənəli qarşılanma mərasimi təşkil edilib.
Gürcüstan Milli Turizm İdarəsi "xüsusi qonağ”ın qarşılanmasını lentə alıb. Kadrlarda holland turistin hava limanında qarşılanması, onun üçün təşkil olunmuş təntənəli nahar yeməyindən kadrlar əks olunub. Turistin sözlərinə görə, bu hadisə onun üçün qayri-adi və gözlənilməz olub.
Holland turist Casper ücün başqa bir sürpriz isə onun Gürcüstanın baş naziri Qriqori Kvirikaşvili ilə görüşməsi olub. Hökümət başçısı özü şəxsən təntənəli naharda iştrak edib və 6 milyonuncu turisti Gürcüstanın mətbəxi, folkloru və adət-ənənələri ilə yaxından tanış edib.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan otellərindən fantastik qiymət artımı: 150 faiz bahalaşma
Təcrübə göstərir ki, turizm sahəsini inkişaf etdirmək istəyən ölkələr otellərdə qiymətləri elə səviyyədə saxlayır ki, turist axını davam etsin və turist öz dost...