Azərbaycan otellərindən fantastik qiymət artımı: 150 faiz bahalaşma
Təcrübə göstərir ki, turizm sahəsini inkişaf etdirmək istəyən ölkələr otellərdə qiymətləri elə səviyyədə saxlayır ki, turist axını davam etsin və turist öz dostuna, tanışına da bu ölkəyə gəlməyi tövsiyyə edə bilsin.
Nəzərə alsaq ki, Bakıdakı otellərin əksəriyyəti qiymət baxımından çox bahalı olan 5 ulduzlu otellərdir, bu da ancaq yüksək təbəqəli turstlərin qalmasına imkan verir.
Əldə etdiyimiz məlumata görə Novruz bayramı ərəfəsində İrandan ölkəmizə 100 minə yaxın turistin gələcəyi gözlənilir. Keçən ilə nisbətdə bu turist sayının 3 dəfə artması deməkdir. Ölkəyə külli miqdarda xarici valyutanın gələcəyini nəzərə alsaq, bu çox sevindirici haldır.
Bir neçə vaxtdır ki, şəhərimizin bir çox turizm agentlikləri bizə, bəzi otellərdə qiymətlərin 3 dəfə artırıldığını bildirir.
Məsələn şəhərimizin ən gözəl məkanlarından birində yerləşən Boulevard Hotel qrup şəkilində turist gəldiyi zaman, nömrələrin qiyməti 80 manatdan başlayırdısa, hazırda qiymətlər Novruz bayramı üçün 145$ (275 AZN) dollaradək qalxıb. Bu isə 195 manat - yəni qiymətlərin 150 % qalxması deməkdir.
Belə ki, qiymətin bu qədər qalxması, bir turisti limon kimi sıxıb, suyunu içmək deməkdir. Məlumat üçün, nəzərinizə çatdıraq ki, Boulevard Hotelin 800 artıq nömrəsi var.
Digər otel isə Quba Rixos-dur. Novruz bayramına 40 gün qalsa da, hələ də həmin vaxt üçün qiymətlər təyin edilməyib. Otel 19.03-26.06 tarixlərinə satış etmir. Bütün Ərəb və İran turizm şirkətləri bu barədə şikayət etsələr də, amma bir fayda yoxdur.
Ölkəmizidə turizmi inkişaf etdirmək üçün səylərin göstərildiyi bir zamanda otellərdə qiymətləri təmzimləyən bir qurum yaradılmasa, növbəti ildən turstlərin ayağı bizim ölkədən kəsiləcək.
E.M
BAKU.WSOxşar xəbərlər
Turizm şirkətlərini iflasa sürükləyən dollar bəlası
"Dolların hər gün bahalaşması turizm şirkətlərini çətinlik yaradır. Belə ki, müştəri bizdən bir ay öncə xarici ölkəyə səfər üçün ödəniş edir. Ödənişi manatla al...