Günün ulduz falı - 31 yanvar
31
yan
2019
00:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.WS 31 yanvar tarixinin qoroskopunu təqdim edir: Qoç - Yaxşı olar ki, bu təqvimi bütünlüklə qarşılıqlı münasibətlərin tənzimlənməsinə həsr edəsiniz. Çünki ulduzlar maliyyə və fəaliyyət sahəsində müəyyən gərginlik vəd edir.Buğa - Saat 11-15 aralığında yeni simalarla görüşləriniz, uğurlu sövdələşmələriniz gözlənilir. Nəticənin hədsiz dərəcədə uğurlu olmasını nəzərə alıb proqnozumuzun reallaşmasına çalışın. Hər mənada aktiv olun. Əkizlər - Günün birinci yarısını müəyyən qədər gərginlik içərisində başa vura bilərsiniz. Xüsusən də fəaliyyət zəminində bəzi xoşagəlməzliklər mümkündür. Amma hər halda tədbirli olmalısınız.Xərçəng - Qarşıda duran bir ayın perspektivlərindən yararlanmaq üçün konkret addımlar atmağa başlayın. Xırda məişət problemlərinə, eyni zamanda dedi-qoduya əbəs yerə vaxt itirməyin. Təklifləri qəbul edin.Şir - Ciddi məsələlərin həllində gözləmə mövqeyi tutmayın. Nəzərə alın ki, vaxt dardır və şansları qaçırmaq sizə uzun müddət sıxıntı verə bilər. Gümanınız gələn hər kəsə üz tutun.Qız - Yaxşı olar ki, vacib işlərinizi saat 16-ya qədər yekunlaşdırasınız. Çünki sonrakı saatlarda passivlik mümkündür. Yeni işgüzar sövdələşmələrdə iştirakınız səmərə verə bilər.Tərəzi - Yersiz risklərdən uzaq olun. Əgər iştirakçısı olduğunuz situasiyaları dərindən duymursunuzsa, inandığınız adamların məsləhətlərindən yararlanın. Vaxtınız əyləncələrə itirməyin.Əqrəb - Maliyyə problemlərinizin mövcudluğuna baxmayaraq, bu gündən razı qalacaqsınız. Çalışın ki, görəcəyiniz işləri sistem halına salasınız. Qətiyyən tələskənliyə yol verməyin!Oxatan - İstər qarşılıqlı münasibətlərdə, istərsə də iş prinsipində nailiyyətləriniz arta bilər. Amma axşama doğru bəzi bədxahlar əsəblərinizi tarıma çəkə bilər. Odur ki, sərt reaksiya verməməlisiniz.Oğlaq - Qərarlarınızda obyektiv olduğunuz təqdirdə mübarizədən çəkinməyin. Amma elə edin ki, ətrafınızda olanlar doğru yol tutduğunuzu qəbul etsin. Pulla bağlı sıxıntılarınız azala bilər.Dolça - İxtiyarınızda olan bu tarixdə tamamilə məxfi davranış nümayiş etdirməlisiniz. Belə ki, nəzərdə tutduğunuz planları, məqsəd və arzuları mümkün qədər ətrafınızda olanlara deməməlisiniz. Balıqlar - Bir neçə günlük süstlükdən sonra işləriniz artacaq. Xüsusən də nahardan sonra bərk yorulacağınız gözlənilsə də, zəhmətinizin bəhrəsini mütləq görəcəksiniz. Ailə üzvlərinizə hörmət edin.BAKU.WS
Oxşar xəbərlər
Günün ulduz falı - 24 yanvar
BAKU.WS 24 yanvar tarixinin qoroskopunu təqdim edir: Qoç - Tərəfdaşlarınızla aranızda müəyyən mübahisələr olsa da, özünüzü təmkinli aparmalısınız. Deyilən hər s...