Günün ulduz falı - 25 mart

Günün ulduz falı - 25 mart
Şou-biznes 3281
BAKU.WS 25 mart tarixinin qoroskopunu təqdim edir: Qoç - sevgi münasibətlərində bir qədər anlaşılmazlıqlar mümkündür. Çalışın ki, bu amil mübahisə həddinə çatmasın. Səhvlərinizi etiraf etməyi bacarın. Bunun sizə yalnız xeyri dəyə bilər.Buğa - müntəzəm surətdə rastlaşdığınız şəxslərlə davranışlarınıza fikir verin. Özünüzü mehriban aparın. Qabiliyyətsiz adamlarla ünsiyyəti səngidin. Varlanmaq üçün imkan qazanacaqsınız.Əkizlər - ailə zəminində müəyyən xoşagəlməzliklər gözlənilsə də, bu, yalnız günün birinci yarısını əhatə edəcək. Nahardan sonra isə xoş təsadüflərlə rastlaşacaqsınız. Axşam qonaq getməyə çalışın.Xərçəng - təzadlı bir gün yaşayacağınız gözlənilir. Ulduzlar sizə qarşı bir neçə istiqamətdən təzyiqlər olacağını, həmçinin perspektivli təkliflər alacağınızı bildirir.Şir - şəxsi həyatınızda önəmli dəyişikliklər etmək istəyirsinizsə, bu gündən maksimum bəhrələnin. Aldığınız təklifləri düşünmədən rədd etməyin. Axşam təzə xəbərlər gözlənilir.Qız - bu təqvimi bürcünüz üçün həftənin ən düşərli günü kimi dəyərləndirmək olar. Ələlxüsus da əməkdaşlıq zəminində uğurlu məqamlarla rastlaşacaqsınız. Sizə aid olmayan işlərə müdaxilə etməyin.Tərəzi - risk etməkdən qorxmayın. Amma bilin ki, bu riski hansı məqsəd uğrunda edirsiniz. Başınızı qoruyun. Ulduzların düzümü şəxsi büdcənizdə müəyyən artımların olacağını bəyan edir.Əqrəb - məqsədlərinizi reallaşdırmaqda tənbəllik edirsiniz. Bu isə Göy qübbəsinin xoşuna gəlmir. Özünüzdə təpər tapın. Başqalarına bel bağlamayın. Çünki bu dövranda heç nə boş-boşuna əmələ gəlmir.Oxatan - bir qədər gərgin gündür. Özünüzü istənilən təzyiq və təhlükələrdən qorumalısınız. Haqqınızın tapdanmasına yol verməyin. Yeri gəlsə, bu istiqamətdə sərt mövqe də nümayiş etdirin.Oğlaq - astroloji göstəricilər nə qədər yeni simalarla rastlaşsanız, bir o qədər nailiyyət qazanacağınızı bəyan edir. Əgər işlə bağlı məşğul deyilsinizsə, axşam mütləq qonaq gedin.Dolça - ixtiyarınızda olan bu təqvimdə daha çox səhhətinizə fikir verməyinizə ehtiyac var. Nahardan sonra isə işgüzar sövdələşmələrə başlamaq, yeni əlaqələr yaratmaq xeyirlidir.Balıqlar - maddi firavanlığa qovuşmaq üçün geniş imkanlarınız var. Boş oturmağa çalışmayın. Pul qoxusu gələn istənilən ünvana və şəxsə müraciət edin. Qeybətcil adamlardan uzaq olun.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Günün ulduz falı - 23 fevral

Günün ulduz falı - 23 fevral

BAKU.WS 23 fevral tarixinin qoroskopunu təqdim edir: Qoç – yüksək çinli adamlarla perspektivli danışıqlar aparmaq üçün yaxşı gündür. Xüsusən də saat 14-18 arası...

3370 Şou-biznes 00:00 23 fevral 2019

Son xəbərlər