Günel: “Halallıq istədim, elə bildilər intihar edirəm”

Günel: “Halallıq istədim, elə bildilər intihar edirəm”
Şou-biznes 296

Müğənni Günel Zeynalova maraqlı açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, sənətçi “Atv maqazin onlarla” verilişinə müsahibəsi zamanı dostlarına zəng edərək halallıq istədiyini etiraf edib:

“Bağışlayan insanam. Bəzən deyirlər ki, mən bağışlasam da, Allah bağışlamaz. Allah həmin insanı mütləq sənin qarşına çıxarır ki, onu bağışlayasan.

Bu yaxınlarda belə bir şey oldu. Bütün dostlarımı axtarıb tapıb, bəzilərinə də zəng edib halallıq istədim, halallıq verdim o biri dünyada qarşılaşmamaq üçün.

Onlar dedilər, “Nə olub? Məkkəyə gedirsən?” Biri dedi ki, “Xəstəsən?” Hətta başqa biri də dedi ki, “İntihar edirsən?” Bəli, bir gün intihar etsəm, anamı, atamı yaddan çıxarıb mütləq gəlib sizdən halallıq istəyəcəm”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər