Gülden Karaböcek indi də qızını susdurdu: "Danışsan, səni də silərəm"

Gülden Karaböcek indi də qızını susdurdu: Danışsan, səni də silərəm
Şou-biznes 79

Türkiyənin məşhur müğənnilərindən olan Karaböcek bacıları arasında illərdir davam edən səssiz münaqişə yenidən gündəmə gəlib. Neşe Karaböcekin nəşr etdiyi kitabla başlayan bu mövzu, bacısı Gülden Karaböcekin qızı Nur Düzgitin açıqlamaları ilə daha da aydın ola bilərdi. Lakin Gülden Karaböcek qızını yayıma çıxmağa qoymadı. İddialara görə, qızına "Danışsan, səni də silərəm" deyərək təzyiq göstərib.

BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, bir zamanlar Türkiyə musiqisinin parlayan ulduzları olan Neşe və Gülden Karaböcek bacıları həm səhnədə, həm də ailə içində çox yaxın münasibətə sahib idilər. Lakin Neşe Karaböcekin həyat yoldaşı, məşhur prodüser Atilla Alpsakarya ilə bağlı yaşanan xəyanət, bu münasibətləri birdəfəlik sarsıtdı. Neşe Karaböcek həyat yoldaşının onu aldatdığını öyrəndi – xəyanət etdiyi qadın isə onun doğma bacısı Gülden Karaböcek idi. Neşenin boşanmasından sonra Gülden Karaböcek həmin şəxslə evləndi və bu evlilikdən bir oğlu oldu.

Daha sonra Gülden Karaböcek musiqi prodüseri Armağan Düzgit ilə evləndi və bu evlilikdən bir qızı – Nur Düzgit dünyaya gəldi.

O dövrlərdə Hürriyet qəzetinin jurnalistlərindən Kamil Başaran da Gülden Karaböcekə aşiq idi və evlənmək istəyirdi. Lakin Karaböcekin seçimi Armağan Düzgit idi.

İllərdir bu barədə danışmayan Gülden Karaböcekin əvəzinə bu dəfə qızı Nur Düzgit danışmaq istədi. "Magazin Bahane" proqramına qatılmağa razı oldu və anasının keçmişi ilə bağlı həqiqətləri paylaşmaq istədi. Lakin yayım öncəsi Gülden Karaböcek qızını zənglə xəbərdar etdi: "Getsən… danışsan… səni də silərəm." Bu sözlər ailədə illərlə gizlənən ağrıların hələ də necə canlı olduğunu göstərdi.

Son xəbərlər