Gülay Zeynallı bağ evində qızına ad günü etdi - FOTO
Müğənni Gülay Zeynallının qızı Sahilənin 10 yaşı tamam olub.
BAKU.WS xəbər verir ki, sənətçi dəbdəbəli bağ evində övladına ad günü keçirib. Gülayın qızının şad günündə ailə üzvləri, yaxınları və qohumları da iştirak edib.
Bu haqda ifaçı sosial şəbəkədə məlumat verib. O, instaqram hesabında qızının xoş günündən fotolar yayımlayaraq onu ad günü münasibətilə təbrik edib. Gülay görüntülərə "Xoşbəxt ol həmişəm, gözəl qızım" sözlərini yazıb.
Qeyd edək ki, Gülay Zeynallı idmançı Kamil Zeynallı ilə evlidir. Cütlük 2010-cu ilin noyabrında ailə həyatı qurub. Onların bu evlilikdən Sahilə adlı yeganə övladı var.
Qalereya
Oxşar xəbərlər
Pandemiyadan sonra evlənən və övladlarına toy edən MƏŞHURLAR - FOTO
İyulun 1-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində toyların keçirilməsinə icazə verilib. Hər kəs istədiyi şənl...