Gülay "Atam heç vaxt sənətdə olmağımı istəməyib" deyib kövrəldi
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Gülay Zeynallı qatıldığı verilişdə təsirli anlar yaşayıb.
BAKU.WS xəbər verir ki, o qonaq olduğu "İncə səhər" verilişində mərhum atasından danışıb. Gülay valideyninin ona bu sənətə gəlməsinə razı olmadığını qeyd edib. Lakin daha sonra atasının onunla fəxr etdiyini öyrənib. İfaçı bu barədə danışarkən göz yaşlarını saxlaya bilməyib:
"Ailəmizdə anam və babam həmişə mənə dəstək olublar. Sadəcə atam heç vaxt istəməyib ki, mənim bu sənətdə olmağımı istəməyib. Hansısa bir pilləyə gəlib çatanda atam dedim ki "Hamı mənim ifamı sevir. Sən niyə mənim sənətimi qəbul etmirsən? Deyirdi ki, mən istəmirəm! Qız uşağı nədir, oxumaq nədir!" Atam rəhmətə getdikdən sonra qardaşımın bir müsahibəsinə baxdım. Gəldim evə anama dedim ki "Atam məni bu sənətə qoymurdu, amma o mənimlə fəxr edirmiş...".
Ətraflı videoda:
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...