"Grateful Dead"in yaradıcısı Bob Veyr 78 yaşında vəfat etdi
"Grateful Dead" qrupunun qurucularından biri, gitaraçı və mahnı müəllifi Bob Veyr 78 yaşında dünyasını dəyişib. Bu barədə musiqiçinin ailəsi məlumat yayıb.
BAKU.WS xəbər verir ki, yaxınlarının bildirdiyinə görə, Veyrə 2025-ci ilin iyul ayında xərçəng diaqnozu qoyulmuşdu.
Bob Veyr həm qrupun uğurlarında, həm də musiqi sənətinə verdiyi töhfələrdə tanınırdı. O, 2024-cü ildə "Grateful Dead" qrupu ilə Kennedi Mərkəzi Mükafatına layiq görülüb, həmçinin "Qremmi" mükafatına layiq görülmüş və rok musiqisi üzrə Şöhrət Zalına daxil edilmişdi.
Son dövrlərdə Veyr "Bobby Weir & Wolf Bros" qrupu ilə çıxış edirdi və musiqi aləmində böyük iz buraxmışdı.
Oxşar xəbərlər
Röya Aygün Kazımovanın repertuarından "Uzaqlıq"ı seçdi
Pop kraliça, Xalq artisti Röya Ayxan diva, Xalq artisti Aygün Kazımovanın repertuarından sevilən "Uzaqlıq" mahnısını fərqli ifa tərzi ilə təqdim edib. BAKU.WS x...