Göyçayda 1,115 kq-lıq nar (FOTO)
Azərbaycanın Göyçay rayonunda növbəti "Nar bayramı” keçirilib.
BAKU.WS-in məlumatına görə, bayramda müxtəlif növ narlar nümayiş etdirilib. Tədbirdə narlar iriliyinə görə bir-birindən fərqlənib. Ən iri narın çəkisi 1 kiloqram 115 qram gəlib. Bu barədə jurnalist Aysel Nazimqızı xəbər verib. Qeyd edək ki, ilk "Nar bayramı” Göyçay rayonunda 2006-cı ilin noyabr ayının 3-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə keçirilib.
Məqsəd regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsidir. BAKU.WS
Oxşar xəbərlər
Ziya Məmmədova sözü olanların nəzərinə!
Nəqliyyat naziri Ziya Məmmədov Ağdaşda vətəndaşları qəbul edəcək. Nəqliyyat Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, vətəndaşların qəbulu və müraciətləri...