Gənc qız üçün “iPhone 6” formasında baş daşı qoydular – VİDEO
26
sen
2018
11:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Ufa şəhərində qəribə hadisə baş verib.BAKU.WS xəbər verir ki, şəhər qəbirstanlığında qeyri-adi məzar görənləri təəccübləndirib. Baş daşı “iPhone 6” formasında tikilib. Məzar 28 yaşlı Rita Raisovna adlı qıza məxsusdur. O, mobil telefonunu çox sevdiyi üçün baş daşı da məhz telefon formasındadır. Qara mərmərdən hazırlanan baş daşının qiyməti 2 min dollardan baha başa gəlib. Mobil telefon formasında olan baş daşının üzərində gənc qızın şəkili əks olunub. Foto telefonun ekranına qoyulub. Şəkilin aldında qızın doğum və ölüm tarixləri, adı və soyadı yazılıb. Baş daşının arxasında isə “Apple” loqosu və markanın adı yazılıb. Bundan başqa, baş daşında telefonun kamerası da qoyulub. Həmin məzarın fotolarını təqdim edirik: Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Yeni "iPhone" XS və XC modellərinin qiyməti bilindi - 749 və 999 dollar (VİDEO)
"Apple" şirkəti yeni "iPhone" modellərini 12 sentyabrda nümayiş edəcək. BAKU.WS-in məlumatına görə, bu dəfə "iPhone XS" və "iPhone XC" modeli təqdim olunacaq. "...