Fərdanın boşanmaq üzrə olduğu xanımı: Ailəmizin dağılmasına səbəb o qadın və dünyaya gətirdiyi uşaqdır - FOTO

24
yan
2019
16:09
Aktyor Fərda Xudaverdiyevin boşanma mərhələsində olduğu xanımı ayrılıq səbəbini açıqlayıb.BAKU.WS xəbər verir ki, Günel Xudaverdiyeva bu barədə sosial şəbəkədə yazıb:"Mən Xudaverdiyeva Günel Ferda Xudaverdiyevin ilk və əsl həyat yoldaşı olmuşam. Amin və Mətini dünyaya gətirən ana mənəm. 9 illik xoşbəxt ailə həyatım var idi. Qayınanam, baldızım, qayınatamla heç bir problemim olmayıb. Lakin bu qadın - Fərdanın üçüncü oğlu Raulun anası dəfələrlə mənim ailəmdə probləmlər yaradıb. 9 il kənardan bu ailəni dağıtmaq üçün əlindən gələni edib. O qadın dəfələrlə Fərdanın içki məclislərində olub! Sonda bizim ailəmizin dağılmasına səbəb o və dünyaya gətirdiyi uşaqdır. O uşaq biz ailəli olarkən dunyaya gəlib. Boşanma prosesi ötən ilin noyabrında başlayıb, o uşaqın 1 yaşı isə martda olacaq.Bu zamana kimi kənardan izləyirdim! Amma dünənki paylaşımlardan sonra susa bilmədim. O uşaq mənim oglanlarımın qardaşı deyil, ola da bilməz"!Qeyd edək ki, G.Xudaverdiyevanın belə bir açıqlama verməsinə səbəb F.Xudaverdiyevin "İnstagram"da dünənki paylaşımı olub. Aktyor qeyri-rəsmi nikahdan doğulan oğlunun rəsmini rəsmi həyat yoldaşından dünyaya gələn iki oğlu ilə birlikdə paylaşaraq "Mənim aslanlarım"yazıb. Zülfiyyə QurbanovaBAKU.WS


Oxşar xəbərlər
10 gün əvvəl körpə dünyaya gətirən qadın xəstəxanada öldü - VİDEO
Bərdə rayonunda 10 gün əvvəl uşaq dünyaya gətirən qadın xəstəxanada ölüb.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hyadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasını...
