Fransız fotoqraf : “7 yaşlı Aysu atası Rövşənə artıq çiçək gətirməyəcək”- FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan əsilli fransız fotoqraf, "National Geografic" dərgisinin fotoqrafı Rza Diqqəti ermənilərin Bərdədə törətdiyi terror aktı zamanı həyatını itirən 7 yaşlı Aysu ilə bağlı “İnstagram” hesabında paylaşım edib.
BAKU.WS xəbər verir ki, R. Diqqəti Aysunun yas mərasimində çəkilmiş fotoları paylaşaraq belə şərh verib: "Aysu artıq atasına gül gətirməyəcək.
Aysu 7 yaşında idi. Erməni bombaları Bərdə şəhərinə düşəndə o, 2 yaşlı bacısı ilə birlikdə çiçək toplamağa getmişdi. Kiçik bacısını bədəni ilə örtdü, onun canını qurtardı, amma özü öldü.
7 yaşında olan Aysu atası Rövşənə artıq çiçək gətirməyəcək. Pərişan Rövşən qızının tabutu məzara qoyularkən onun rahat yatması üçün torpağın saxlanılmasını istədi".
Oxşar xəbərlər
Mir Mövsüm ağanın həyatı haqqında BİLMƏDİKLƏRİMİZ - VİDEO
Sizə elə bir insandan danışacağam ki, o, fenomen idi. Təkcə adi vətəndaşlar deyil, tədqiqatçılar, elm adamları belə artıq bu faktı təsdiqləyiblər. Bu insanlar d...