Flora Kərimova: Bunu özümə yasaq etmişəm - VİDEO
24
iyl
2018
12:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Flora Kərimova 25 ildir doğum gününü qeyd etmir.BAKU.WS xəbər verir ki, sənətkar bu barədə özü danışıb: "Bilirsiniz, bu gün həm də Ağdamın işğal günü idi. Gün ərzində çox saylı təbriklərinizi qəbul etdim, hər birinizə diqqətiniz üçün təşəkkür edirəm , ancaq doğum günüm Ağdamın işğal gününə təsadüf edəndən bəri qeyd etmirəm. Bunu özümə yasaq etmişəm. Ad gününü qeyd etmək üçün insanın gərək ruhu sevinsin. Mən 25 ildir ki, bu hissləri yaşaya bilmirəm. Ona görə də hər il 23 iyulu adi günlərdən biri kimi keçirirəm. Mənim üçün 23 iyul təqvimdə yoxdur. Belə bir gündə yaş günümü qeyd etmək mənə yaraşmaz. Ağdamın azad olunmasını gözləyirəm. Bax, onda elə bir bayram eləyəcəm ki, səsi hər yana yayılacaq. İnşaAllah o günü görəcəyəm, mən buna inanmaq istəyirəm..." Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı aktrisa doğum gününü qatarda qeyd etdi - VİDEO
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Ləman İmanova 39-cu doğum gününü çox fərqli formada qeyd edib.BAKU.WS xəbər verir ki, aktrisanın doğum...