Flora Kərimovadan qazilərə jest: hərəsinə 750 AZN hədiyyə etdi
06
sen
2021
12:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Xalq artisti, “Şərəf” ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qazilərinə hədiyyə edib.
Bu haqda sənətçi BAKU.WS-ə açıqlamasında bildirib. O, təqaüdünü iki qazimiz arasında böldüyünü deyib:
“Əslində bu haqda danışmaq istəməzdim. Çünki belə bir addım atmaq hər birimizin borcudur. Mən bunu özümə borc bildim və etdim. Təqaüdümün ilk 1500 AZN-ni iki qazimizə hədiyyə etdim. Bunlar qazilərimiz Amin Musayev və Rəvan Əzizovdur”.
Oxşar xəbərlər
Azərbaycanın məşhur qohumları - FOTO
Azərbaycanın mədəniyyət, incəsənət və şou-biznes aləmində bir-birindən məşhur qohumların sayı yetərincədir. BAKU.WS sözügedən məşhurların siyahısını təqdim edir...