Fəvvarələr meydanında 3 gün iftar süfrəsi təşkil ediləcək

14
may
2019
19:17
“Nargis” fondu Fəvvarələr meydanında iftar süfrəsi təşkil edəcək.Fonddan BAKU.WS-ə verilən məlumata görə, Ramazan bayramı ərəfəsində “Nargis” fondu qardaş ölkə-Türkiyə Respublikasının səfirliyi ilə birgə “Qız Qalasından Kız Kulesinedək” xeyriyyə layihəsinə start verib.Məlumatda qeyd edilir ki, layihə çərçivəsində “Nargis” fondu “Türk Hava Yolları”, “MUSİAD”, “Ziraat” bank və “145 Group”un dəstəyi ilə Fəvvarələr meydanında tamamilə ödənişsiz iftar süfrəsi təşkil edəcək:"İftar ardıcıl olaraq 15,16,17 may tarixlərində 3 gün davam edəcək.Allah dualarınızı qəbul etsin! Gəlin orucumuzu birgə açaq!"

Oxşar xəbərlər
Ramazanın 2-ci gününün duası, imsak və iftar vaxtı
Sabah Ramazan ayının ikinci günüdür.Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 7-də Bakıda imsak saat 03:55, iftar isə saat 19:57...