Fərqanə Qasımova 19 yaşlı oğlu ilə duet oxudu - VİDEO

Əməkdar artist Fərqanə Qasımova 19 yaşlı oğlu Salehlə mahnı oxuyub.
BAKU.WS xəbər verir ki, muğam ifaçısı övladı ilə Cıdır düzündə "Millətin nə fərqi var" adlı ifanı səsləndirib.
Fərqanə bununla bağlı sosial şəbəkədə bildirib. O, övladı ilə mahnı oxuduğu görüntüləri instaqram hesabında yayımlayıb. Ana ilə oğulun Qarabağ təbiətindəki ifası izləyicilər tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, Xalq artisti Alim Qasımovun qızı Fərqanə Qasımovanın 4 övladı var. Onun böyük qızı Fatimə Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə evlidir. Sənətçinin digər övladları isə üçəmdirlər. Onların adları Saleh, Həmidə və Mövlanədir. Üçəmlər 19 yaşındadırlar.

Oxşar xəbərlər
Azərbaycanlı məşhurların övladları nə işlə məşğuldur? - FOTO - SİYAHI
Yerli şou-biznes nümayəndələrinin özləri qədər övladları da hər kəsə maraqlıdır. Onların arasında məşhur olanları da var. Tanınmışların övladları müxtəlif sənət...