Ferhat Göçerin möhtəşəm Bakı konsertindən GÖRÜNTÜLƏR

Türkiyəli məşhurların Bakıya axını davam edir. Bu dəfə məşhur müğənni Ferhat Göçer paytaxtın qonağı olub.
BAKU.WS xəbər verir ki, sənətçi Heydər Əliyev sarayında sevilən ifaları ilə pərəstişkarları qarşısında çıxış edib.
Konsertdən əvvəl təşkilatçı Eyyub Hüseynzadə və müğənni Ferhat Göçer yerli medianın suallarını cavablandırıblar.
Təşkilatçı Eyyub Hüseynzadə bildirib ki, bu konsertə hazırlaşmaq üçün 4 ay vaxt sərf ediblər:
"4 aya yaxın idi ki biz bu konsertə hazırlaşırdıq. Son bir həftə ərzində bütün biletlərimiz bitdi. Artıq 3 ildir ki, biz onun konsertini təşkil edirik. Ferhat Göçer çox kaprizsiz müğənnidir. Əsasən bu cür müğənnilərin kaprizləri olmur. Yeni müğənnilərin daha çox istək və kaprizləri olur".

Daha sonra Ferhat Göçer jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, hər dəfə Bakıya gələn zaman səhnədə mütləq bir Azərbaycan mahnısı səsləndirir:
"Bu gün mənim üçün də çox qiymətli gündür. 18 oktyabr - Azərbaycanın Müstəqilliyin Bərpası Günüdür. Bu gün özəl bir repertuar hazırladıq. Hər dəfə bura gələndə burada bir Azərbaycan mahnısı ifa edirəm bunu da Türkiyədə yaymağa cəhd edirəm. Bu iki ölkə arasındakı dostluq heç bitməsin. Bakıya gələndə şəhərin nə qədər genişləndiyini və inkişaf etdiyini görürəm. Gəncə şəhərini də çox sevirəm. İnşallah ki, Qarabağda da konsertlərim olar. Orada da sevənlərim üçün sevilən mahnılarımı oxuyaram".

Açıqlamalardan dərhal sonra konsert start götürüb.
Gecənin aparıcısı Samir Bayramlı olub. O Ferhat Göçeri səhnəyə səhnəyə dəvət edib. Sənətçinin ilk ifası "Yıllarım Gitti" adlı lirik mahnısı olub.
Canlı orekstr ilə çıxış edən Ferhat daha sonra digər sevilən hitlərini bir-bir sevənləri üçün səsləndirib.
Bunlar "Biri bana gelsin", "Gidemem", "Yastayım", "Biri bana gelsin", "Sarıl Bana", "Kızım", Üzmezmi"", "Gül ki", "Beni başkası anlayamaz", "Sarıl bana" və digərləri olub.
Ferhat Göçer sevənlərinə sürpriz edərək "Çırpınırdı Qaradəniz" mahnısını da ifa edib. İfaçının bu addımı tamaşaçıların böyük rəğbətinə səbəb olub. İfa zamanı sənətçi əlində Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırıb. Müğənninin bu addımı xeyli bəyənilib və tamaşaçılar onun ayaqüstə alqışlayıblar.
Səhnədəki səs gücləndiricilər lazer işıqlar və güclü səhnə dekorasiyası konserti daha yadda qalan və maraqlı edib. İfaçı mahnılarının böyük əksəriyyətini zalda əyləşən tamaşaçılarla birlikdə səsləndirib.
Onu da bildirək ki, Ferhat Göçerin Bakı konserti "Anadolu Events" şirkətinin dəstəyi ilə reallaşıb.
Oxşar xəbərlər
Cemal Hünal: "O aktyorla eyni filmə çəkilmərəm!"
Məşhur aktyor Cemal Hünal açıqlaması ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, "Palavra" proqramına qonaq olan Hünal əsla bir filmdə rol almaq istəmədiyi aktyo...
