Eyni libası geyinən seksual məşhurlar (FOTO)
Məşhurlar daha çox diqqət mərkəzində olduğu üçün onların geyimləri mətbuatda, sosial şəbəkələrdə hər zaman müzakirə mövzusu olub.
Şou dünyasının məşhur simaları açıqlamaları, göstərdikləri performansları, şəxsi həyatları ilə yanaşı geyimləri ilə də daim diqqət çəkiblər. Ona görə də məşhurlar seçdikləri libaslara xüsusilə önəm verirlər.
Adi insanların məşhurların geyimlərini özlərinə örnək götürdüyünü, onlara bənzəməyə çalışdıqlarını çox görmüşük. Ancaq, dünya ulduzları arasında eyni libası geyinənlər də az deyil. Eyni libası geyinən məşhurlara Cenifer Lopez, Viktoriya Bekxem, İrina Şeyk, Alsu, Şakira, Selena Qomez kimi ulduzları misal göstərmək olar.
BAKU.WS məlumat verir ki, məşhur azərbaycanlı model Aysel Trudel də belə məşhurlardandır. Belə ki, həmyerlimiz ötən ay tədbirlərin birində Paris Hiltonun bacısı Nikinin libasından geyinmişdi.
Dünya ulduzları ilə yanaşı yerli məşhurlar da eyni libasları geyinib. Oksana Rəsulova ilə Xoşqədəm Hidayətqızı, Xatirə İslam, aparıcı Samirə və Nəzakət Teymurova, İradə İbrahimova, Aysel Əlizadə və Könül Kərimova eyni libası geyinmişdilər.
BAKU.WS eyni libasları geyinən məşhurların fotolarını təqdim edir.
Oxşar xəbərlər
Heç vaxt plastik əməliyyat etdirməyən məşhurlar (FOTO)
Tanınmış insanlar hər zaman etdikləri plastik əməliyyatlarla gündəmə gəliblər. Səhnə adamları gözəl görünmək üçün plastik əməliyyatlara önəm verirlər. Üzlərind...